“NBC Bank”ın maliyyə vəziyyəti açıqlanıb – Xalis mənfəəti artıb

10:29 - 23.01.2020


23 Yanvar, Fineko/abc.az. Ötən il “NBC Bank” böyüməkdə davam edib, faiz, qeyri-faiz gəlirləri və xalis mənfəəti artıb.

“NBC Bank” ASC 2019-cu ili 1 milyon 350 min manat xalis mənfəət ilə başa vurub. Bu o deməkdir ki, 2018-ci illə müqayisədə “NBC Bank”ın xalis mənfəəti 200 min manat və ya 17,4% artıb.

ABC.AZ Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “NBC Bank”ın cəmi faiz və  qeyri-faiz gəlirləri 3 milyon 41 min manat və ya 14,% artaraq 23 milyon 998 min manat təşkil edib. Bank 2018-ci ildə 20 milyon 957 min manat faiz və qeyri-faiz gəlirləri əldə etmişdi.

2018-ci illə müqayisədə 2019-cu ildə “NBC Bank”ın cəmi faiz və  qeyri-faiz xərcləri isə 5 milyon 730 min manat və ya 30,7% artaraq 24 milyon 413 min manat təşkil edib.

Qeyd edək ki, 2018-ci ildə Bankın cəmi faiz və qeyri-faiz xərcləri 18 milyon 683 min manat təşkil etmişdi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər