“NBC Bank”ın gecikdirilən kreditləri azalıb - HESABAT

10:37 - 23.01.2020


23 Yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “NBC Bank”ın maliyyə vəziyyəti açıqlayıb.

ABC.AZ xəbər verir ki, bankın 2018-ci ildə faiz gəlirləri 17 milyon 571 min manat ikən 2019-cu ildə 19 milyon 400 min manat, 2018-ci ildə qeyri-faiz gəlirləri 3 milyon 386 min manat ikən, 2019-cu ildə 4 milyon 598 min manat təşkil edib.

Konkretləşdirsək ötən il Bankın 23 milyon 998 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 24 milyon 413 min manat təşkil edib. Əvvəlki dövrlərdə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan 1 milyon 764 min manatın azad olması xərclərin gəlirləri 415 min manat üstələməsini bağlayıb və nəticədə Bank ötən ili 1 milyon 350 min manat xalis mənfəət ilə başa vurub. Yaradılmış ehtiyatın azad olması Bankın gecikmədə olan kreditlərinin azaldığına işarədir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər