İşsizlikdən sığorta ödənişinin orta məbləği açıqlanıb – 276 manat olub

10:46 - 23.01.2020


23 Yanvar, Fineko/abc.az. 2020-ci il yanvarın 1-nə olan məlumata görə, məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfərdir.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işsizlərin 37,7 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği isə 276,4 manat olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər