Bu bankın depozit portfeli artıb – 36 milyon manatdan çox

11:05 - 23.01.2020


23 Yanvar, Fineko/abc.az. 31 Dekabr 2019-cu il tarixində “NBC Bank” ASC 323 milyon 527 min manat cəmi aktivlərə, o cümlədən 246 milyon 917 min manat kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub.

ABC.AZ Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2018-ci ilin sonunda “NBC Bank”ın cəmi aktivləri 283 milyon 376 min manat, kredit portfeli 204 milyon 469 min manat təşkil etmişdi.

Beləliklə, ötən il Bankın cəmi aktivləri 40 milyon 151 min manat və ya 14,2%, kredit portfeli isə 42 milyon 448 min manat və ya 20,7% artıb. Artan təkcə Bankın cəmi aktivləri olmayıb, depozitləri də çoxalıb. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “NBC Bank”ın depozit portfeli 36 milyon 340 min manat artaraq 142 milyon 766 min manata yüksəlib. 31 Dekabr 2019-cu il tarixində “NBC Bank” ASC 59 milyon 601 min manat məcmu kapitala malik olub. Bank 2018-ci ilin sonunda 57 milyon 88 min manat məcmu kapitala malik idi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər