330x110
 

SOCAR və Lukoil anlaşdı – Birgə kəşfiyyat işləri aparacaqlar

23.01.2020,11:25


23 yanvar, Fineko/abc.az. Yanvarın 22-də SOCAR və Lukoil şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, Anlaşma Memorandumunu qurumun prezidenti Rövnəq Abdullayev və Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov imzalayıb.

Qeyd edək ki, “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunun dərin hissəsində, Abşeron yarımadasından 90 km cənubda yerləşir. Struktur seysmik kəşfiyyat işləri nəticəsində 1960-cı ildə aşkar edilib və qoşadaş strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Sumqayıt şəhərindən 20 km şimal-şərqdə yerləşir. 1951-ci ildən etibarən sahədə seysmik kəşfiyyat işləri aparılıb.