330x110
 

Sumqayıtdakı Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb – Daha bir MMC qeydiyyata alınıb

23.01.2020,11:50


23 yanvar, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkında yeni rezident -“Azmonbat” MMC qeydiyyata alınıb. Bununla da Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb.

ABC.AZ İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Azmonbat” MMC Sənaye Parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirəcək.

Layihəyə əsasən, yaradılacaq müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə ediləcək. Bununla yanaşı, yeni şirkət gələcəkdə parkın ərazisində avtomobil akkumulyatorlarının istehsalı müəssisənin yaradılmasını da planlaşdırıb.

Qeyd edək ki, sözügedən şirkət 2018-ci ilin aprel ayında yaradılıb, nizamnamə kapitalı 2 milyon 500 min manatdır. Qanuni təmsilçisi “Kourosh Pourhabib”-dir.

Müəllif: Elmir Murad