“Azərsu” Lənkəran rayonunda 28 min abunəçinin içməli su ilə təminatını yaxşılaşdırdı

17:25 - 25.12.2017


25 dekabr, Fineko/abc.az.  Azərbaycanın milli su operatoru “Azərsu” ASC  Lənkəran rayonunda su təchizatı sisteminin yaxşılaşdırılması üzrə həyata keçirilən layihəni uğurla  yekunlaşdırıb.

ASC-in məlumatında deyildiyi kimi, işlər, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq həyata keçirilmişdir.

“Layihə çərçivəsində rayonun 15 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Ümumilikdə yeni su təchizatı layihələrindən Lənkəran rayonunun 15 kəndinin 28 minədək  sakini faydalanıb”, - məlumatda belə deyilir. 

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, ölkənin 28 rayonunun 170 yaşayış məntəqəsində içməli su təchizatının yaxşılaşdırılmasına yönəldilib.

 

Bütün xəbərlər