Bakının daha bir parkı pulsuz ictimai İnternetlə təmin ediləcək

09:25 - 6.10.2017


Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə, “İctimai internet” layihəsinin əhatəsi genişlənir.

Nazirliyin xəbərində deyildiyi kimi, “Bakı telefon rabitəsi” (Baktelecom) İB Dədə Qorqud parkında pulsuz Wi-Fi quraşdırıb.

İnternetə pulsuz girişin təmin edilməsi üzrə  işlər, cari ilin mart ayından etibarən “İctimai internet” layihəsi çərçivəsində aparılır. Dədə Qorqud parkından əlavə, pulsuz internet Hüseyn Cavid parkında, Dənizkənarı Bulvar ərazisində, Dövlət Bayrağı Meydanında, “İçərişəhər”  Dövlət Tarix-Memarlıq qoruğunda, Heydər Əliyev Mərkəzinin parkında, Sahil, Sabir, Xəqani, Axundov bağlarında,  Qış  bulvarı parkı və Zabitlər Parkında, Səməd Vurğun və Muğan Bağları parklarında quraşdırılıb.

 

Bütün xəbərlər