Böyük həcmli hərrac keçiriləcək – 30 milyon manatlıq

14:07 - 23.01.2020


23 yanvar, Fineko/abc.az. Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

ABC.Az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, hərrac yanvarın 24-də baş tutacaq.

Hərraca çıxarılan məbləğin həcmi 30 milyon manat, notun nominal dəyəri 100 manat, notların tədavül müddəti 252 gün, ödəmə tarixi 05.10.2020-ci ildir.

Qeyd edək ki, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcək.

Xatırladaq ki, Mərkəzi Bankın qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.

 

Bütün xəbərlər