Bakıda daha bir möhtəşəm tədbir – Regionun ən böyük turizm mərasimi keçiriləcək

14:20 - 23.01.2020


23 yanvar, Fineko/abc.az. Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri keçiriləcək.

ABC.AZ xəbər verir ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçiriləcək tədbirə 1000-dən çox iştirakçı qatılacaq.

Azərbaycanda ilk dəfə keçiriləcək tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq. Mərasimə dünyanın 50 ölkəsindən 400 nəfərdən çox turizm mütəxəssisi dəvət olunub.

Mərasim zamanı “Travel Business Azerbaijan 2020” tədbiri ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.

Tədbir haqqında daha ətraflı məlumatı https://travelbusiness.az/ saytında əldə etmək mümkündür.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər