PAŞA-Trans Lojistik 1,3 milyonluq müqavilə imzaladı – Dövlət Şirkəti ilə

14:40 - 23.01.2020


23 yanvar, Fineko/abc.az. "Azəralüminium" MMC "PAŞA-Trans Lojistik" MMC ilə müqavilə izmalayıb.

ABC.AZ xəbər verir ki, məbləği 1 milyon 330 min manat olan müqavilə aluminium rulon yükünün yük maşını ilə Gəncədən Moskva və Moskva ətrafına daşınmasını nəzərdə tutur.

Qeyd edək ki, xidmətin göstərilməsi müddəti 2020-ci ili əhatə edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər