330x110
 

Toxuculuq sənayesi istehsalında azalma var – Dövlət Komitəsi

23.01.2020,15:26


23 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi Dövlət Statistika Komitəsi bir sıra istiqamətlər üzrə hesabatını açıqlayıb.

ABC.AZ quruma istinadən xəbər verir ki, ilin yekunlarına əsasən, ötən il toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 427,5 milyon manat dəyərində məhsul istehsal edilib.

Məlum olub ki, 2018-ci illə müqayisədə toxuculuq sənayesində 33,2 faiz, geyim istehsalında 22,6 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 2,9 faiz azalma müşahidə olunub.