Neft Fondunun valyuta aktivlərinin idarə olunmasından əldə edilən gəlirləri azalacaq – Palata rəy verdi

15:46 - 23.01.2020


23 yanvar, Fineko/abc.az. 2020-ci ildə Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin azalacağı gözlənilir.

ABC.AZ xəbər verir bu Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində bildirilib.

Belə ki, 2020-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 606,6 milyon ABŞ dolları və ya 1 milyard 31 milyon manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2018-ci ilin müvafiq icra göstəricisindən 850,2 milyon manat və ya 5,7 dəfə çox, 2019-cu ilin proqnoz göstəricisindən 411,2 milyon manat və ya 29,5% və gözlənilən icra göstəricisindən 1 milyard 519,7 milyon manat və ya 59,6% azdır. 2020-ci il üçün orta illik gəlirlilik göstəricisi 1,45% səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2019- cu ilin proqnoz göstəricisindən (2,14% faiz) 0,69 faiz bəndi, cari ilin 9 aylıq icra göstəricisindən (3,89%) isə 2,44 faiz bəndi azdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər