330x110
 

Neft, ötən günkü kəskin azalmadan sonra bahalaşmaqdadır, “Azeri Light” $1,23 ucuzlaşdı

24.01.2020,10:00


24 yanvar, Fineko/abc.az. Neftin qiymətləri cümə axşamı günü ticarətində xeyli düşəndən sonra cümə günü yüksəlməkdədir.

Cümə axşamı ticarətində Brent markalı neftin dəyəri 3 dekabrdan etibarən minimuma endi, WTI markalı neft isə 29 noyabrdan bəri minimuma endirildi.

Yanvarın 23-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $1,17 (1,85%) azlaaraq bir barelə $62,04 təşkil etmişdir. Onun qiyməti saat 9:20-də $0,28 (0,45%) artaraq bir barelə $62,32  təşkil etmişdir.

Yanvarın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $1,15 (2,03%) enərək bir barelə $55,59 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:20-də $0,26 (0,47%) artaraq bir barelə $55,85 təşkil etmişdir.

Azeri Light Azərbaycan neftinin qiyməti 1,23 dollara (1,84%)  düşərək bir barelə 65,71 dollar təşkil etmişdir.