330x110
 

Qızıl kəskin ucuzlaşdı – Birja

24.01.2020,10:08


24 yanvar, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiymətinin ucuzlaşdığı məlum olub. Qızıl bu dəfə 5,30 dollar ucuzlaşaraq 1 560,10 dollara ticarət olunub. Gümüşün unsiyasının qiyməti isə 0,04 dollar azalaraq 17,79 dollara satılıb.

Qeyd edək ki, yanvarın 23-də qızıl 2 dollara yaxın bahalaşmışdı.