Avropa Mərkəzi Bankı faiz dərəcələrini stabil saxladı – Ekspertlər gözlənilən olduğunu bildirdi

10:22 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB) faiz qərarları barədə açıqlama yayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Qitə Bankı 2020-ci ilin ilk iclasında faiz dərəcələrində dəyişikliyə getməyib.

Belə ki, pul siyasəti faizi sıfır, depozit faizi mənfi 0,50% və marjinal maliyyələşmə faizi də 0,25%-də saxlanılıb. Bank açıqlama yayaraq bildirib ki, inflyasiya hədəfinə yaxınlaşana qədər faizlər mövcud səviyyədə ya da daha aşağı olacaq. Bununla yanaşı qiymətli kağız alışı proqramının ehtiyac olduğu müddətdə davam edəcəyi də bildirilib. Ekspertlər qeyd  edib ki, bu gözlənilən idi. Onlar hesab edir ki, əvvəldən Avropa Mərkəzi Bankının faiz dərəcələrində dəyişiklik etməyəcəyi hiss olunurdu.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər