330x110
 

Dünyada iqtisadi artım tempi azalsa da, Azərbaycanda sürətlənir – Vüsal Qasımlı

24.01.2020,11:19


24 yanvar, Fineko/abc.az. Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün geniş iqtisadi islahatlar həyata keçirilir.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi işgüzar görüşdə vurğulayıb.

O bildirib ki, dövlət və özəl sektorlar özəl investisiyaların artırılması, vergi və hüquqi idarəetmənin effektivliyini inkişaf etdirmək üçün birgə təşəbbüslə çıxış etməlidirlər. İcraçı direktor "Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi artım üçün imkanların yaradılması" mövzusunda təqdimatda həyata keçirilən iqtisadi islahatlara da toxunub: "Dünyada iqtisadi artım tempi yavaşıdığı halda, son beş ildə Azərbaycanda iqtisadi artım tempi sürətlənir. Artımın sürətlənməsində həlledici amil iqtisadi, sosial, idarəetmə və kadr islahatlarıdır. İndi əsas məsələ daha yüksək artım tempinə və artımın dayanıqlılığına nail olmaqdır”.

Müəllif: Elmir Murad