330x110
 

Dövlət qurumu birinin dəyəri 143 min manat olan 5 avtobus alıb – Artıq müqavilə bağlanıb

24.01.2020,11:43


24 yanvar, Fineko/abc.az. Dövlət qurumu yeni avtobuslar alıb.

ABC.AZ xəbər verir ki, avtobusları alan "Azərxalça" ASC-dir.

Dövlət qurumu oturacaqların sayı 28-30 aras olan 5 ədəd avtobusu "AZAVTOBUS" MMC-dən satın alıb. Şirkətlə 717 195 manat məbləğində müqavilə bağlanıb.

Qeyd edək ki, bir avtobus 143 min 439 manata satın alınıb.

Müəllif: Elmir Murad