Neft hasilatı azalacaq? – Hesablama Palatasından açıqlama

11:52 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. 2020-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilatın 186,7 milyon barrel olacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsi ilə bağlı verdiyi Rəyində qeyd olunub.

Palata bunun səbəbini sözügedən yataqda 2020-ci ildə ötən illə müqayisədə hasilatın azalması və “Azəri” rezervuarında aşağı əsas səviyyə ilə birlikdə qaz-neft əmsalının daha dik enişi ilə əlaqələndirib.

Rəydə qeyd olunub ki, 2017-ci il sentyabrın 14-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard dollar məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur. Həmin bonus məbləğinin 2-ci hissəsi – 450 milyon dollarının və ya 765 milyon manatının 2020-ci ilin ilk ayında ödənilməsi gözlənilir.

Qeyd edək ki, AÇG yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,6 milyard barreldən çox olub.

 

Bütün xəbərlər