Böyükşor gölündə günəş qurğuları quraşdırılır – İşlərə özəl sektor da cəlb olunacaq

12:02 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. Böyükşor gölündə günəş qurğuları quraşdırılır və işlər özaxarı ilə davam edir.

ABC.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin hesabatında qeyd olunub.

Hesabata əsasən, “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kilovata qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması, habelə günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılması, təlimlər vasitəsilə milli potensialın gücləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihənin 2021-ci ilin mart ayına qədər başa çatdırılması planlaşdırılır.

 

Bütün xəbərlər