Yanacaq-enerji balansının icrasına nəzarət olunacaq – Energetika Nazirliyi tərəfindən

12:22 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. Energetika Nazirliyi 2020-2022-ci illər üzrə yanacaq-enerji balansının icrasına nəzarət edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə nazirliyin hesabatında deyilir.

Hesabata əsasən, “Azərbaycan Respublikasının 2020-2022-ci illər üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri” layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Aidiyyəti qaydada təsdiq edilmiş balansın icrasına nəzarət nazirlik tərəfindən təmin olunacaq.

 

Bütün xəbərlər