Bank BTB ötən ili xalis mənfəətlə başa vurub - 7 milyon 523 min manatla

11:39 - 27.01.2020


27 yanvar, Fineko/abc.az. Bank BTB 2019-cu ili 7 milyon 523 min manat xalis mənfəətlə başa vurub.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, bu göstərici 2018-ci ilin xalis mənfəəti ilə müqayisədə 9.7 dəfə və ya 6 milyon 819 min manat çoxdur. 2019-cu ilin göstəricilərinə əsasən Bank BTB-nin cəmi aktivləri 341 milyon 542 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 % artım deməkdir. Bank sözügedən dövrdə kredit portfelini 14% artıraraq ümumi kredit portfelini 212 934 min manata çatdırıb, bununla da kreditləşmədə ciddi artım əldə edib.

Müştəri portfelini genişləndirən Bank BTB 2019-cu il dövrü ərzində fiziki şəxs müştərilərinin sayında 5%, hüquqi şəxs müştərilərinin sayında 26%, plastik kartların sayında 31%, nağdsız əməliyyatlar üzrə dövriyyədə isə 20% artıma nail olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər