“FINCA Azerbaijan” 2020-ci ildə daha 8 filial açacaq – Onlardan birinin yaxınlarda açılışı gözlənilir

12:04 - 27.01.2020


27 yanvar, Fineko/abc.az. “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Bakıda yeni filial açacaq.

ABC.AZ xəbər verir ki, təşkilatın 15-ci filialı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Sakit Qocayev 29 ünvanında (Aygun Mall ticarət mərkəzinin qarşısında) açılacaq.

Qeyd edək ki, ötən il “FINCA Azerbaijan” 9 yeni filial açaraq ofislərinin  ümumi sayını 14-ə çatdırmışdı.  “FINCA” 2020-ci ildə  daha 8 filial açılmasını planlaşdırdığını bəyan edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər