330x110
 

AccessBankdan Yelo Banka keçdi - Yeni təyinat

27.01.2020,15:49


27 yanvar, Fineko/abc.az. Yelo Bankda (keçmiş İKB Nikoil) yeni təyinat həyata keçirilib.

ABC.AZ xəbər verir ki, Elşən Pirmalıyev bankın Biznes bankçılıq idarəsinin baş direktoru təyin olunub. Müvafiq təsdiqdən sonra E.Pirmalıyev İdarə Heyəti sədrinin müavini vəsifəsini tutacaq.

Əmək fəaliyyətinə 2005-ci ilin aprel ayında kredit mütəxəssisi kimi başlayan Elşən Pirmalıyev baş direktor vəzifəsinədək yüksəlib. Bu təyinata qədər isə E. Pirmalıyev 15 il AccessBankda işləyib.

Qeyd edək ki, bankir eyni zamanda Azərbaycan Mikromaliyyə Assosasiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Banklar Assosiasiyasının Kredit işi Ekspert qrupunun rəhbəridir.

Müəllif: Elmir Murad