Neftin qiyməti azalır, “Azeri Light” $1,5 düşdü

10:00 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. Neft qiymətləri, əvvəlki ticarət nəticələrinə görə oktyabr ayının ortalarından etibarən minimum qiymətlərə düşdükdən sonra çərşənbə axşamı ticarətində azalır.

Yanvarın 27-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $1,37 (2,26%) düşərək bir barelə $59,32 təşkil etmişdir. Onun qiyməti saat 9:15-də $0,14 (0,24%) enərək bir barelə $59,18 təşkil etmişdir.

Yanvarın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $0,98 (1,81%) düşərək bir barelə $53,14 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:15-də $0,08 (0,15%) azalaraq bir barelə $53,06 təşkil etmişdir.

Azeri Light Azərbaycan neftinin qiyməti $1,51 (2,35%) düşərək bir barelə $62,86 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər