330x110
 

Accessbank-ın depozitləri çoxalıb - Hesabat

28.01.2020,11:12


28 yanvar, Fineko/abc.az. “Accessbank”ın depozitləri çoxalıb.

ABC.AZ bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hazırda bankın depozit poprtfeli 660 milyon  960 min manatdır. Qeyd edək ki, bu 2018-ci illə müqayisədə 159 milyon 822 min manat və ya 31,8% çoxdur. Belə ki, 2018-ci ildə bankın depozitləri 501 milyon 138 min manat olub.

Onu da qeyd edək ki, 2019-cu ilin nəticələrinə görə, bankın aktivləri 19,2 milyon manat və ya 2% artaraq  897 milyon 886 min manat təşkil edib. Bankın kredit və lizinqləri isə 536 milyon 428 min manat olub.

Müəllif: Elmir Murad