2019-cu ildə nə qədər ASAN viza verilib? - Ülvi Mehdiyevdən açıqlama

14:07 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. 2019-cu il ərzində 920 mindən çox “ASAN Viza” verilib.

ABC.AZ xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ü.Mehdiyev qeyd edib ki, bu günə qədər, ümumilikdə, 1 877 835 viza verilib və onlardan da 619 249-u hava limanında verilmiş vizadır. Onun sözlərinə görə, 2019-cu il ərzində rəy toplanmış müraciətlərin sayı 5 milyona yaxındır: "Bu müraciətlərin 54 faizini təşkil edir. Rəylərə əsasən, məmnunluq səviyyəsi 99,3 faiz olub".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər