PAŞA Sığorta-dan ödəniş tələb edənlər saxlanıldı – Polis işə qarışdı

14:41 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. Azərbaycanda dələduzluq niyyəti ilə sığorta ödənişi tələb edən şəxslər saxlanılıb.

ABC.AZ xəbər verir ki, bir neçə şəxs “PAŞA Sığorta” ASC-dən dələduzluq niyyəti ilə sığorta ödənişi tələb edib. Sığorta şirkəti bununla bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi sığorta ödənişi tələb edən şəxsləri araşdıran zaman onların dələduz olduğunu müəyyən edib. Sözügedən şəxslər saxlanılaraq məsuliyyətə cəlb edilib.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər