Qubada ABAD qablaşdırma fabriki açılacaq – Ülvi Mehdiyev

15:03 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. 2020-ci ildə 6 ASAN xidmət və 1 "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ü. Mehdiyev fəaliyyətə başlayacaq mərkəzlərin hansı bölgələrdə olacağını da açıqlayıb: “Tovuz, Balakən, Kürdəmir, Ağcəbədi rayonlarında və Bakıda 2 "ASAN xidmət" mərkəzi ilə yanaşı, 1 "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir. Eyni zamanda yeni "INNOLAND" mərkəzlərinin açılması, Silikon vadisində Azərbaycan İnnovasiya Evinin, "StartupFest 2019" adlı beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur''. Sədr həmçinin Qubada ABAD qablaşdırma fabrikinin də açılacağını vurğulayıb. O qeyd edib ki, bu günə qədər startaplara 830 min manat investisiya cəlb edilib.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər