330x110
 

Muğanbank maliyyə vəziyyətini açıqladı – Digər banklara yerləşdirdiyi depozitləri artıb

28.01.2020,15:23


28 yanvar, Fineko/abc.az. "Muğanbank" 2019-cu ilin maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrü bank 1 milyon 967 min manat əməliyyat mənfəətilə başa vurub. 2018-ci illə müqayisədə 2019-cu ildə “Muğanbank”ın cəmi aktivləri 99 milyon 936 min manat artaraq 660 milyon 836 min manata çatıb. 2018-ci ilin sonunda Bankın cəmi aktivləri 560 milyon 900 min manat təşkil etmişdi.

 Müştərilərə verilən kreditlərin həcminə gəlincə ötən il bankın verdiyi kreditlər 5 milyon 390 min manat artaraq 366 milyon  66 min manata çatıb. “MuğanBank”ın digər banklara yerləşdirdiyi depozitlər isə 2 dəfədən çox artaraq  132 milyon 81 min manata yüksəlib.

2018-ci ildə bu depozitlərin məbləği 61 milyon 693 min manat idi.

Qeyd edək ki, ötən il “Muğanbank”ın depozit portfeli də 19,4% artaraq ilin sonunda 334 milyon 721 min manata təşkil edib.

Müəllif: Elmir Murad