Bu bank 8 milyon manatdan çox zərər edib – Bir ildə

15:42 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Muğanbank” ötən ilin maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə bankın cəmi faiz və qeyri-faiz gəlirləri 58 milyon 280 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 56 milyon 313 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 967 min manat əməliyyat mənfəəti yaranıb, lakin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 10 milyon 443 min manat ayrıldığından 8 milyon 307 min manat zərər formalaşıb.

2018-ci ildə “MuğanBank”ın cəmi gəlirləri 60 milyon 563 min manat, cəmi xərcləri 53 milyon 77 min manat, əməliyyat mənfəəti 7 milyon 486 min manat, ehtiyata ayırma 6 milyon 55 min manat təşkil etmişdi. Bank həmin ili 1 milyon 430 min manat xalis mənfəət ilə bağlamışdı.

Qeyd edək ki, 31 Dekabr 2019-cu il tarixində “Muğanbank” 81 milyon 80 min manat məcmu kapitala malik olub.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər