330x110
 

Pensiyaya çıxmaqla bağlı ekspertdən maraqlı araşdırma – 25 il sığorta stajı lazımdır

28.01.2020,16:00


28 yanvar, Fineko/abc.az. İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda qocalanda pensiya hüququ qazana bilmək üçün ən şanslı və daha az şansa malik insanların ərazilər üzrə statistikasını açıqlayıb.

ABC.AZ xəbər verir ki, R. Ağayev qeyd edib ki, ölkədə hazırki şərtlərlə qocalanda pensiya şansına sahib olmaq üçün bir çox tələblər var: “Bunlar pensiya yaşına çata bilmək, fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə pensiya kapitalına sahib olmaq və ya 25 il sığorta stajı qazanmaq.

Birinci şərt öz əlinizdə deyil – nə qədər yaşayacağınızı özünüz müəyyən edə bilmirsiniz . Amma yerdə qalan 2 şərtin yerinə yetirilməsi üçün təminatlı və rəsmi maaşı olan iş yerinin olması lazımdır. Beynəlxalq təcrübədə adətən əmək qabiliyyətli əhalinin hər 1000 nəfərindən 850-900 nəfəri pensiya hüququnu muzdlu əməklə, ən yaxşı halda 80-100 nəfəri sahibkar (yaxud işəgötürən) statusu ilə qazanır”.

Müəllif: Elmir Murad