Yelo Bankın məcmu kapitalı artıb – 68 milyon manatdan çox olub

16:36 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. 2019-cu ili rebrendinq prosesində olan Yelo Bank (keçmiş Nikoil Bank) üçün olduqca uğurlu hesab etmək olar.

ABC.AZ xəbər verir ki, bankın yaydığı məlumata görə, ilin sonuna Yelo Bankın aktivləri 16.23% artaraq 484 milyon 727 min manata çatıb. Hesabat dövründə bankın kredit portfeli 304 milyon 348 min manata çatıb ki, bu da 7.6%-lik artımdan xəbər verir. Təkcə 2019-cu il ərzində bank kreditləşməni 80.3% artırıb.

"Müştərilərin banka inamı artmaqda davam edir. Bunun sübutu kimi depozit portfelinin 37.4% böyüyərək 314.246 milyon manata çatmasını göstərmək olar. Depozit portfelində fiziki şəxslərin əmanətlərinin payı 275 milyon manatdan çoxdur",- məlumatda deyilir.

Qeyd edək ki, Yelo Bank 2019-cu ili 68.7 min manat məbləğində xalis mənfəətlə başa vurub. Bankın məcmu kapitalı 1.6% artaraq 68.9 milyon manata çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər