400 işçisi olan bankın əməkdaşları arataraq 900-ü keçib – Hesabat

16:44 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Yelo Bank da maliyyə 2019-cu il üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, ötən il bankın əməkdaşlarının sayı 400 nəfərdən çox artaraq 900-ü ötüb. Bank ötən il həm də müştərilərinə göstərdiyi xidmətlərin çeşidini artırıb. O cümlədən mikro müəssisələrin kreditləşməsinə başlayıb. İl ərzində Yelo Bank 44.8 milyon manatlıq 7400 mikro kredit verib. Ümumilikdə bank tərəfindən 86.4 milyon manat məbləğində biznes krediti verilib.

Maliyyə göstəricilərini şərh edən Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib: "Ötən il yalnız rebrendinq prosesi ilə deyil, eyni zamanda institusional inkişaf, ixtisaslaşmış kadrların sayının artması və əsas biznes göstəricilərimizin yaxşılaşması ilə yadda qalıb. Son illər ərzində bank ilk dəfə ili mənfəətlə başa vurub ki, bu da bizi sevindirir. Maliyyə hesabatlılığının beynəlxalq standartlarına əsasən, mənfəətimiz daha çox olacaq. 2020-ci ildə bizim əsas prioritetimiz bankın biznes proseslərinin transformasiyası olacaq. Bunun nəticəsində biz Yelo xidmətlərinin standartlarını müəyyənləşdirə və dayanıqlı uzunmüddətli nəticəni əldə edə biləcəyik. 2020-ci il ərzində tətbiq olunacaq yeni "Brighter Banking - Parlaq Bankçılıq" yanaşması bankın xidmətlərini müştərilər üçün daha parlaq və müsbət edəcək".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər