AMB depozit hərracında 28 gün müddətinə 100 mln. manat cəlb edib

12:16 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 100 mln. manat cəlb edib.

“AMB yanvarın 29-da növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 545,3 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.  

Vəsaitlər 28 gün müddətinə cəlb edilib.   

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.

 

Bütün xəbərlər