Bank of Baku maliyyə göstəricilərini açıqladı – Mənfəəti artıb ya zərər edib?

12:21 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Bank of Baku” maliyyə göstəricilərini açıqlayıb.

ABC.Az Bankın hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə “Bank of Baku”nun cəmi aktivləri 81 milyon 23 min manat artaraq 381 milyon 94 min manata, müştərilərə verilmiş kreditlər isə 18 milyon 892 min manat artaraq 338 milyon 158 min manata çatıb. Ötən il Bankın depozit portfeli 16 milyon 480 min manat artaraq 183 milyon 223 min manata yüksəlib.

Qeyd edək ki, 31 Dekabr 2019-cu il tarixində "Bank of Baku" 54 milyon 224 min manat məcmu kapitala malik olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər