Azərbaycanın aşağı dövlət borcuna malik olması müsbətdir – Ekspert

15:12 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. İqtisadçı-ekspert Rövşən Ağayev Fitch beynəlxalq kredit agentliyinin həm Azərbaycanın ölkə olaraq, həm də aparıcı dövlət şirkəti kimi SOCAR-ın reytinqini yeniləməsinə münasibət bildirib.

ABC.AZ-ın məlumatına görə, ekspert bildirib ki, beynəlxalq agentliklərin reytinqləri həm bilavasitə dövlətin özünə, həm də onun ayrıca götürülmüş subyektinə verilir.

 Onun sözlərinə görə, xüsusilə də mərkəzi hökumətdən avtonom şəkildə xarici borc almaq istəyən şirkətlər, ayrıca götürülmüş yerli özünüidarə qurumları və ya maliyyə təsisatı üçün belə reytinq çox önəmlidir deyən R.Ağayev hesab edir ki, kredit reytinqləri subyektin öz öhdəliklərini yerinə yetirmə qabiliyyətini, mümkün maliyyə və iqtisadi riskləri qiymətləndirir: “Xüsusilə də beynəlxalq maliyyə bazarlarından borclanmaq istəyən subyektlərin belə reytinqlərə malik olması şərtdir. Bu dəfə də ölkənin reytinqi invetisiya deyil, spekulyativ səviyyəyə uyğundur və BB+ səviyyəsində təsdiqləyib. Agentliyin 4 pilləli (A,B, C, D) dərəcələndirilməsində bu səviyyə "spekulyativ əlamətlərlə riskli öhdəliklər" kimi təsnifləndirilir. Hesabatda qeyd edilir ki, ölkənin əlverişli xarici balansa və aşağı dövlət borcuna malik olması güclü, lakin təbii resurslardan yüksək asılılığı, idarəetmə sisteminin zəif göstəricilərə malik olması, bank sektorunun zəifliyinin davam etməsi zəif tərəflərdir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər