Bakıda müasir Pansioanat açılacaq – Bu ilin sonunda

15:37 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. Şağan Müalicə Pansioanatında əsaslı təmir və yenidənqurma bu il başa çatdırılacaq.

ABC.AZ xəbər verir ki bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumata görə, Bakının Şağan qəsəbəsindəki Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı 250 çarpayılıq olacaq. Mərkəzdə il ərzində 4 mindən çox əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunacaq.

Reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri çərçivəsində Pansionatda əsaslı təmir və yenidənqurma işlərinə başlanıb. Hazırda burada məişət, həm də kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün şəraitin yüksək standartlar səviyyəsində qurulması, müəssisədə mövcud şəraitin əlilliyin olan şəxslərə müyəssərliyinin tam təmin edilməsi üçün işlər davam edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər