330x110
 

Kirayə verilən 331 mənzil üçün 270 minə yaxın müraciət daxil olub - Sistemin çökməsinin əsas səbəbi

29.01.2020,16:11


29 yanvar, Fineko/abc.az. Kirayə verilən 331 mənzil üçün 270 minə yaxın müraciət daxil olub.

ABC.AZ xəbər verir ki, bunu bunu İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov bildirib.

Onun sözlərinə görə, Elektron Hökumət Mərkəzindən verilən məlumata görə, kirayə mexanizmi üzrə müraciətlərin qəbuluna başlanan gün (22 Yanvar 2020) Elektron İpoteka və Kredit Zəmanəti sisteminə 270 minə yaxın sorğu daxil olub. İ.Kələşov qeyd edib ki, müraciətlərin çox olacağı gözlənilirdi. “Sorğuların gözlənildiyindən daha çox olması ilə əlaqədar olaraq müraciətlərin qəbulunda problem yarandı. Həmin an 270 minə yaxın sorğu daxil olub. Problem sistemin satmaq öhdəliyi ilə kirayə mexanizmi ilə əlaqədar modulunda baş verib" deyə Fondun baş direktoru bildirib.

Müəllif: Elmir Murad