Fondun baş direktoru kirayə mənzillərlə bağlı məsələlərə aydınlıq gətirdi - Yaxın günlərdə müraciətlərin qəbuluna başlanacaq

16:39 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. Satmaq öhdəliyi ilə kirayəyə vermə sisteminə yaxın günlərdə müraciətlərin qəbuluna başlanacaq.

ABC.AZ xəbər verir ki, bunu bunu İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov bildirib.

O qeyd edib ki, sistemin nasazlığının aradan qaldırılması üzrə işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə, sınaq işləri başa çatdıqdan sonra müraciətlərin qəbuluna başlanılması nəzərdə tutulur deyən İ.Kələşov bildirib ki, mexanimzdəki detaları da açıqlayıb: “İlkin mərhələdə satmaq öhdəliyi ilə 331 mənzil kirayəyə veriləcək. 2020-ci il ərzində bu sayın 5-6 qatı qədər sayda yəni 1600 -2000 civarında mənzillərin kirayəyə verilməsi nəzərdə tutulur. Kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödəniş Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər