Azərbaycan Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi dövlət başçısına təqdim ediləcək

26.12.2017,13:21


26 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası 2018-ci il üçün büdcə layihəsini müzakirə edib.

ARDNF-un məlumatında deyldiyi kimi, müzakirələrin yekununda, 2018-ci il üçün büdcə layihəsinin  Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

Həmçinin iclas zamanı ARDNF-un “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının” yeni “Maliyyə alətləri” adlı 9 nömrəli standartına keçidi ilə əlaqədar Fondun “Mühasibat Uçotu Siyasəti” və “Hesablar Planı”na müvafiq dəyişikliklər təsdiq edilib.

 

 

Açar sözlər: ARDNF Dövlət Neft Fondu