Ünvanlı sosial yardım alanlar üçün şad xəbər – İnqilabi dəyişikliklər gəlir

11:26 - 30.01.2020


30 yanvar, Fineko/abc.az. Azərbaycanda aztəminatlı ailələrin ünvanlı sosial yardım alması üçün əvvəllər tətbiq edilən yersiz qadağalar ləğv ediləcək. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilik dəyişdirilir.
 

Bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və  “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihələri hazırlanıb. 
Belə ki, Əvvələr tətbiq edilmiş və indiyədək qüvvədə olan qaydaya görə, ailənin tərkibində dəyişiklik baş verəndə və bu barədə məlumat verməyəndə ailənin sosial yardımı dayandırılırdı.

Yeni hazırlanan qaydalara görə isə həmin dəyişiklik və buna görə məlumat verilməməsi yardım təyinatına və ya ödənişinə təsir etməyəcək. Həmçinin ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün nəzərdə tutulan müddət 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması yeni layihələrdə yer alıb.
Müəllif: Elmir Murad

Bütün xəbərlər