Ünvanlı yardım üçün tələb olunan məlumatların sayı azaldılacaq – Böyük dəyişiklik

12:23 - 30.01.2020


30 yanvar, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi ünvanlı sosial yardımlar üçün əvvəllər yaradılan əvvəllər tətbiq edilən yersiz qadağalar ləğv ediləcək.

ABC.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə nazirliyindən bildirilib ki, hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc (o cümlədən kredit) da daxil edilir. İndiyədək qüvvədə olan qaydalara görə, sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılırdı.

Yeni layihədə bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır.

Ünvanlı yardım üçün müraciət  zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə bəyan edilməsi tələb edilməyəcək. Həmçinin ailə üzvünün (üzvlərinin) bu və ya digər sosial təminat növü (pensiya, müavinət, təqaüd və s.) ilə təmin edilməsi ilə bağlı məlumatların da daxil edilməsi istənilməyəcək, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə olunacaq.

Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsi artıq hökumətə təqdim edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər