330x110
 

İpoteka Fondu bu sığorta şirkətlərini tenderin qalibi etdi – Artıq müqavilə bağlanıb

30.01.2020,12:24


30 yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fonduna məxsus daşınmaz əmlakın sığortalanması üzrə keçirilən tenderin qalibləri bəlli olub.

ABC.AZ xəbər verir ki, tenderin daşınmaz əmlakların icbari və könüllü sığortalanması (lot1) üzrə tenderin qalibi “Paşa Sığorta”, daşınmaz əmlakların istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (lot2) üzrə tenderin qalibi “Atəşgah” sığorta şirkəti ilə müqavilə bağlanıb.

Tender müqavilələrinin məbləğləri isə açıqlanmayıb.

Müəllif: Elmir Murad