330x110
 

"Sovetski" sakinləri köçürülür – Onlara yeni evlər verildi

30.01.2020,15:48


30 yanvar, Fineko/abc.az. Bir müddət əvvəl Bakının "Sovetski" kimi tanınan ərazisində evləri sökülənlərin yaranmış narazılığına  son qoyulub. Belə ki, sözügedən ərazidə evləri sökülən sakinlərin Yasamal Yaşayış Kompleksində onlar üçün ayrılmış mənzillərdə yerləşdirilməsinə başlanılıb.

Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) ABC.AZ-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq MİDA tərəfindən dövlət sifarişi əsasında Bakının Yasamal rayonunun “Sovetski” adlanan ərazisindən köçürülən sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Yasamal Yaşayış Kompleksindən ayrılmış mənzillərdən bu gün 19-u öz sahiblərinə təhvil verilib.

Müəllif: Elmir Murad