Otellər ən çox avqust ayında dolub – Dövlət Statistika Komitəsi

17:13 - 30.01.2020


30 yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycandakı mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 25,2 faiz çox və ya 450,2 milyon manat olub ki, onun da 66,0 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,8 faizi ictimai iaşə xidmətlərindən, 2,2 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 22,1 faiz (2018-ci ildə 20,8 faiz) təşkil edib (ötən il tutumun 77.9%-dən istifadə edilməyib).

Bu göstərici Naftalanda 55 faiz, Qubada 44,5 faiz, Qəbələdə 36,6 faiz, Beyləqanda 32,2 faiz, Bakıda 31,8 faiz, Şabranda 24,2 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan il ərzində istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (46,4 faiz) avqust ayında qeydə alınıb

 

Bütün xəbərlər