Manatın məzənnəsi bahalaşma təzyiqi altındadır - Elman Rüstəmov

11:38 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. Yanvar ayında Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyib.

ABC.AZ xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirb.

O qeyd edib ki, yanvar ayında Dövlət Neft Fondu 240 milyon dollar vəsaiti sata bilməyib. Ölkənin baş bankiri manatın məzənnəsinə də toxunaraq manatın məzənnəsinin bahalaşma təzyiqi altında olduğunu vurğulayıb.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər