Elman Rüstəmovdan ipoteka kreditləri barədə açıqlama

11:50 - 31.01.2020


 31 yanvar, Fineko/abc.az. Biz çalışmalıyıq ki, bankların özləri ipoteka kreditləri verə bilsin.      

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair ənənəvi mətbuat konfransında bildirib.

 Onun sözlərinə görə, İpoteka və Kredit Zəmanəti Fondunun özünün kommersiyalaşdırılması və ya subsidiyalaşdırılması yaxşı olar. E. Rüstəmov bankların ipoteka kreditləri verməsi üçün Mərkəzi Bankın edə biləcəklərini də açıqlayıb: "Bizdə kifayət qədər resurslar olmalıdır ki, banklar bu fəaliyyəti həyata keçirə bilsin. Hesab edirəm ki, bu mühüm bir məsələdir. Fikrimcə, biz bu məsələnin üzərində dayanaraq düşünməliyik ki, necə edə bilərik ki, bunu xüsusi bir layihəyə çevirək. Və nə edək ki, banklar özləri ipoteka krediti verə bilsin?. Bunu həll edə bilsək tikinti sektorunun daha da inkişafına nail olacağıq".

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər