Bakı-Pirşağı-Bakı istiqamətində gedənlərə şad xəbər – Qatarların sayı artırılacaq

14:52 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. Fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək.

Bu barədə ABC.AZ -a Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qurumdan verilən məlumata görə, müşahidələr gösətrir ki, sərnişindaşımaya tələbat artıb. Bu səbədən artan tələbatı təmin etmək məqsədilə, həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər