Azərbaycanda bu kreditlərə məhdudiyyət tətbiq ediləcək - Baş Bankirdən açıqlama

15:10 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. Azərbaycanda bankların biznes sektoruna kreditləşməni artırması və risklərinin tənzimlənməsi üçün ölkədə istehlak kreditləri ilə bağlı məhdudiyyət tətbiq ediləcək.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair ənənəvi mətbuat konfransında bildirib.

Baş bankir prezidentin sözlərini xatırldaraq vurğulayıb ki, dövlət başçısı da ölkədə biznes kreditlərini stimullaşdırılmağa dair tapşırıq verdiyini qeyd edib.

 O əlavə edib ki, amma bunu Mərkəzi Bankın banklara göstəriş verməsi ilə etmək olmaz: “Banklar kommersiya müəssisəsidir biz onlara göstəriş verə bilmərik. Bunun üçün makroiqtisadi və struktur stimulları tələb olunur. Ölkədə istehlak kreditlərinə məhdudiyyət qoyulacaq. Mən növbəti dəfə istehlak kreditlərinin artmasından narahatlığımı bildirirəm və yəqin ki, tənzimləmə məsələsində dəyişiklik edəcəyik ki, həm əhalinin borc yükü azaldılsın, həm də bankların riskləri daha yaxşı tənzimlənsin”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər